Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 18:02

Azərbaycanda ixtisaslaşmış xəbər telekanalının açılması planlaşdırılır. Milli Televiziya və Radio Şurası (MTRŞ) bununla bağlı müsabiqə elan edib.

Müsabiqə qərarı MTRŞ-nin bu gün, noyabrın 14-ü keçirilən iclasında verilib. Bu haqda qurumun açıqlamasında bildirilir.

Açıqlamada yazılır ki, iclasda xəbər televiziya kanalının yaradılması məsələsi müzakirə edilib. Yekunda qərara alınıb ki, ixtisaslaşmış xəbər televiziya kanalının açılmasından ötrü ümumrespublika televiziya yayımı üzrə müsabiqə elan edilsin.

Müsabiqə Bakı və Abşeron ərazisində 31-ci tezlik resursu üzrə elan edilir və bir ay - noyabrın 16-dan dekabrın 16-dək davam edəcək.

Müsabiqədə tələb olunan sənədlər göstərilən müddətdə MTRŞ-nin inzibati binasında qəbul ediləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG