Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:22

Məmmədyarov Moskvaya, Lavrov Bakıya səfər edəcək


Elmar Məmmədyarov

Xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 16-da Moskvaya işgüzar səfər edəcək.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XIN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Səfər zamanı Moskva şəhərində xarici işlər naziri E.Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub.

H.Hacıyev həmçinin vurğulayıb ki, noyabrın 20-də isə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycana gələcək.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG