Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 13:30

Rusiyanın işğal etdiyi Krımda tatarların “təqibi güclənir”. Bunu Human Rights Watch (HRW) insan haqları təşkilatı bildirir və təqibin səbəbi kimi tatarların Rusiyanın 2014-cü ildə Ukraynanın Krım ərazisini ilhaq etməsinə qarşı çıxması göstərilir.

Noyabrın 14-də yaydığı hesabatda qurum bildirir ki, “Rusiya hakimiyyəti və onların əlaltıları Krımın tatar icmasının üzvlərini və onların jurnalistlər, bloqqerlər və fəallar daxil olmaqla tərəfdarlarını qısnamaya, qorxutmaya, təhdidə, evlərinin qanunsuz axtarışına, fiziki hücumlara və məcburi yoxaçıxmalara məruz qoyub”.

Hesabata görə, Rusiyanın təyin etdiyi yerli hakimiyyətə şikayətlər “səmərəli araşdırılmır”.

Qurum onu da bildirir ki, Rusiyanın Krımda hərəkətlərini tənqid edən media və təşkilatlar qadağan olunub, tatarların qanunvericilik orqanı olan Mejlis də buraya daxildir.

İnsan haqları təşkilatları və Qərb hökumətləri Krımın türkdilli azlığına qarşı “davamlı təqib kampaniyasını” pisləyiblər.

Krım tatarlarının əksəriyyəti Rusiyanın onların tarixi torpaqlarını ələ keçirməsinə qarşı çıxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG