Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 06:22

AB ölkələri təhlükəsizliyi gücləndirir


Estoniyada AB-nin müdafiə və xarici işlər nazirlərinin toplantısı, sentyabr, 2017-ci il

Avropa Birliyi müdafiə əlaqələrini gücləndirməyə çalışır. Birliyin 20-dən çox üzvü əməkdaşlığı dərinləşdirməyə, hərbi avadanlığın təkmilləşdirilməsi yönündə koordinasiyanı yaxşılaşdırmağa boyun olub.

Noyabrın 13-də AB-nin xarici işlər, Fransa, Almaniyanın müdafiə nazirləri və daha 21 üzv ölkə niyyət bildirişi imzalayıblar, təhlükəsizlik və müdafiəylə bağlı Daimi Strukturlu Əməkdaşlıq, yaxud PESCO yaradılır.

Təşəbbüs rəsmən dekabrın 14-15-də AB liderlərinin Belçika paytaxtında keçiriləcək görüşündə işə salınacaq.

AB-nin xarici siyasət rəhbəri Federica Mogherini sənədin imzalanmasını “tarixi an” adlandırıb.

“Bu, ümumi işin başlanğıcıdır”, – o deyib.

AB diplomatları adlarının çəkilməməsi şərtiylə Azad Avropa/AzadlıqRadiosu-na deyiblər ki, ötən il Britaniyanın qurumdan çıxmağa qərar verməsi, ABŞ prezidenti Donald Trump-ın isə avropalı müttəfiqləri müdafiəyə maliyyəni artırmağa çağırması AB üzvlərini hərəkətə gətirib.

AB üzvü olmayan ölkələr də bu təşəbbüsə qoşula, spesifik missiyalara qatıla bilərlər. Bu da Britaniyanın qurumdan çıxdıqdan (Brexit) sonra da iştirakını mümkün edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG