Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 03:31

SOCAR-n Kompleks Qazma İşləri Trestinin “Qaradağ” sahəsində qazma prosesi zamanı baş verən qəzada xəsarət alan 52 yaşlı neftçi, Fikrət Gözəlov xəstəxanada vəfat edib.

Bu haqda “Turan” agentliyinə onun yaxınları bildirib.

Yaxınlarının deməsinə görə, F.Gözəlov qəza baş verən zaman ağır xəsarətlər alıb. Onu əvvəlcə 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdiriblər. Daha sonra başqa xəstəxanaya köçürülən neftçinin həyatını xilas etmək mümkün olmayıb. Onun bu gün , noyabrın 10-u səhər saatlarında vəfat etdiyi deyilir.

Buna da bax: Neftçi dənizə düşərək ölüb

F.Gözəlovun xəsarət aldığı qəza noyabrın 3-ü baş vermişdi. Həmin vaxt Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) məlumatında bildirilirdi ki, qəza «Qaradağ» sahəsindəki 490 saylı quyuda qazma prosesi zamanı qəbul meydançasından işçi meydançaya qaldırılan borulardan birinin yırğalanması sonucu baş verib.

Nəticədə Kompleks Qazma İşləri Trestinin «Qaradağ-Qalmaz» İstehsalat Bölümünün qazmaçı köməkçiləri - 52 yaşlı Fikrət Gözəlov və 53 yaşlı Cavad Ədilov xəsarət almışdı.

Buna da bax: 7 ildə 130 neftçi həlak olub

C.Ədilovun qəzada nisbətən yüngül xəsarətlər aldığı bildirilirdi. Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən C.Ədilovun müalicəsinin noyabrın 6-sı başa çatdığı, həmin gün onun evə buraxıldığı deyilir.

Xatırlatma

Son dövrlər bu Azərbaycanda neftçilərin üzləşdiyi yeganə qəza deyil.

Elə noyabrın 4-ü “28 May” Neft Qaz Çıxarma İdarəsinin (NQÇİ) 14 nömrəli dərin dəniz özülündə qazmaçı köməkçisi dənizə düşmüşdü. 59 yaşlı Rasim Əliyevin həyatını xilas etmək mümkün olmamışdı.

2016-cı il dekabrın 15-də də Nəriman Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsində güclü külək nəticəsində 10 neftçi dənizə düşmüşdü. Onlardan həmin gün birinin, sona isə 9-nun meyiti sudan çıxarılıb.

2015-ci il dekabrın 4-dən 5-nə keçən gecə isə “Günəşli” yatağında 10 saylı platformada yanğın baş vermişdi. Onda 63 fəhlədən yalnız 32-nin həyatını xilas etmək mümkün olmuşdu. Qalan 31 nəfərdən bəzilərinin meyiti, hələ də tapılmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG