Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 16:10

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun noyabrın 10-da yenidən Baş Prokurorluqda ifadəsinin alındığı bildirilir.

Bu məlumatı Baş Prokurorluqdan da təsdiq ediblər.

Onun Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində 3 saata yaxın dindirildiyi deyilir.

Bir neçə gün öncə də keçmiş nazirin 5 saata yaxın Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində dindirildiyi açıqlanmışdı.

Bundan bir müddət öncə keçmiş nazirin köməkçisi işləmiş Vüqar Mahmudovun həbs edildiyi açıqlanmışdı. Keçmiş nazirin də elə həmin istintaq üzrə dindirildiyi deyilirdi.

XATIRLATMA

2015-ci il oktyabrın 16-da Eldar Mahmudov nazir vəzifəsindən azad edilib. Nazirliyin 20-dən çox zabiti cinayət işinə cəlb edilib. Bu şəxslər mənimsəmə, reketçilik, quldurluq, mənimsəmə, qulluq vəzifəsindən sui-istifadə və başqa ağır cinayətlərdə ittiham edilirlər. İlin sonuna yaxın isə Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib. Onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidmətləri yaradılıb.

Cinayət işinə cəlb edilən şəxslərin bir çoxunun məhkəmə prosesləri davam edir.

Onlardan ləğv edilən nazirliyin Nəqliyyat və Energetika İdarəsinin rəisi işləmiş Akif Çovdarov və daha bir neçə nəfərin məhkəmə işi isə başa çatıb. A.Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG