Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:10

Səudiyyədə korrupsiya ittihamı ilə 200 nəfər saxlanıb


Vəliəhd şahzadə Mohammed bin Salman
Vəliəhd şahzadə Mohammed bin Salman

Səudiyyə Ərəbistanı noyabrın 9-da bildirib ki, antikorrupsiya kampaniyası çərçivəsində 201 nəfər saxlanıb. Bu kampaniya şahzadələri, hökumətin yüksəkçinli rəsmilərini, zəngin biznesmenləri hədəfə alıb. Onillər ərzində azı 100 milyard dollarlıq vəsaitin mənimsənildiyi bildirilir.

“Aşkarlanmış korrupsiyanin miqyası çox böyükdür”, – baş prokuror Sheikh Saud Al Mojeb deyib. Onun sözlərinə görə, əvvəlcə 208 nəfər saxlansa da, yeddisi ittihamsız buraxılıb.

Baş prokuror ad çəkməsə də, məsələdən xəbərdar şəxslərin The Wall Street Journal qəzetinə deməsinə görə, həftəsonu dindirilməyə çağrılanlar arasında şahzadə al-Waleed bin Talal da var. O, dünyanın Citigroup Inc. kimi məşhur şirkətlərini dəstəkləyib. Daha bir saxlananın isə Saudi Binladin Group tikinti firmasının sədri Bakr bin Laden olduğu bildirilir.

*** Buna da bax: 'İran raketlərindən' narahat Macron Səudiyyə Ərəbistanına gəlib

800 MİLYARD DOLLAR

İttihamsız kimin buraxıldığı bəlli deyil.

Bu həftənin əvvəlində bəzi mənbələr demişdilər ki, hökumət 800 milyard dollarlıq nağd pul və digər aktivləri müsadirə etməyi planlaşdırır. Hökumət bu sərvətin dövlətin mülkiyyətinə keçəcəyini bildirir.

Üç ildir davam edən istintaqa əsasən, baş prokuror azı 100 milyard dolların “on illər boyunca sistematik korrupsiya və mənimsəmə mexanizmi vasitəsiylə sui-istifadə olunduğunu” bildirib.

Bəzi tənqidçilər bu anti-korrupsiya kampaniyasını vəliəhd şahzadə Mohammed bin Salman-ın hakimiyyətini gücləndirmək cəhdi kimi yozurlar.

Son bir neçə gün ərzində hakimiyyət ayrı-ayrı fərdlərin 1800 bank hesabını dondurub. Səudiyyənin əsas müttəfiqi olan Birləşmiş Ərəb Əmirliklərinin mərkəzi bankı ölkədəki yerli və beynəlxalq maliyyə şirkətlərindən 19 səudiyyəli barədə informasiya istəyib.

Tutulanların və ya onların vəkillərinin ittihamlarla bağlı fikri bəlli deyil.

İNVESTORLARI SAKİTLƏŞDİRİRLƏR

Baş prokuror investorları sakitləşdirməyə çalışıb, deyib ki, yalnız şəxsi hesablar bağlanır, şirkətlər və banklar həmişəki kimi tranzaksiyaları davam etdirə bilərlər.

*** Buna da bax: Neftin qiymət yüksəlişi pik nöqtəsinə çatıbmı?

Son günlər Səudiyyə Ərəbistanı Yaxın Şərqdə yenidən kükrəməyə başlayıb. Yəməndəki müharibəyə görə İranla qarşılıqlı ittihamlar səsləndiriblər. Ər-Riyad özünə tərəf atılmış raketə görə İranı suçlayıb.

Digər tərəfdən, Livanda baş nazir Saad Hariri-nin qəfil istefasında Səudiyyənin rol oynadığı bildirilir. Bunu “Washington Post” qəzeti yazır. Hariri ötən şənbə Ər-Riyadda olarkən İranı kəskin tənqid etmişdi. İndi onun harada olduğu bəlli deyil, şayiələrə görə səudiyyəlilər onun hərəkətini məhdudlaşdırıb.

Səudiyyənin xarici işlər naziri Adel al-Jubeir noyabrın 9-da CNBC-yə deyib ki, son həbslər “bizim korrupsiyaya daha dözmədiyimizi göstərir”.

“Büdcəmizin böyük bir hissəsi oğurlanırmış. Bu, davam edə bilməzdi. Korrupsiya olan yerdə ədalət, sərmayə, səmərəli və şəffaf hökumət olmaz”, – o deyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG