Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

'İran raketlərindən' narahat Macron Səudiyyə Ərəbistanına gəlib


Emmanuel Macron
Emmanuel Macron

Fransa prezidenti Emmanuel Macron noyabrın 9-da gecə Səudiyyə Ərəbistanına əvvəlcədən planlaşdırılmamış səfər edib.

Bundan əvvəl Dubayda olan Macron bəyan etmişdi ki, o Livan və Yəmənlə əlaqədar yaranmış vəziyyəti vəliəhd şahzadə Məhəmməd bin Salmanla müzakirə etmək üçün Riyada səfər edəcək.

Macron bildirmişdi ki, “regionda sabitliyin təminatı və terrorizmlə mübarizə üçün Səudiyyə Ərəbistanı ilə birgə işləmək mühümdür”.

Hazırda sünni Səudiyyə və şiə İran arasında Livan və Yəmənlə bağlı mübahisə böhranlı həddə çatıb.

Livanın baş naziri Saad Hariri noyabrın 4-də Səudiyyədə olarkən istefasını elan edib. O deyib ki, İran şiə Hizbullah qruplaşmasının vasitəsilə Livanda sabitsizlik yaradır.

Bunun ardınca Səudiyyə və Küveyt Livandakı vətəndaşlarını geri çağırıblar.

Noyabrın 6-da Səudiyyə Ərəbistanı Hizbullahı paytaxt Riyada Yəmən ərazisindən ballistik raket atmaqda ittiham etmişdi.

Bundan başqa Səudiyyə vəliəhdi İranı Yəməndəki şiə huti qiyamçılarını raketlərlə təchiz etməkdə günahlandırmışdı.

Tehran bu iddiaları “saxta və təhlükəli” adlandırmışdı.

Macron hələ Dubayda çıxış edərkən demişdi ki, Yəməndən Səudiyyəyə atılmış raket “aşkar şəkildə İran raketi olub” və İranın raket proqramının gücünü göstərir.

Fransa prezidenti bunu da bəyan edib ki, Yəməndən atılan raket İranın ballistik raket proqramı ilə bağlı yeni razılaşma əldə edilməsinin zəruriliyini nümayiş etdirir.

Fransa prezidenti deyib ki, İranla ballistik raketlərə dair danışıqlara başlanmalıdır.

Buna baxmayaraq Macron İranla 2015-ci il nüvə sazişini dəstəkləməkdə davam etdiyini bildirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG