Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:17

Məcburi tatar dili dərsləri azaldılır


Tatarıstandakı rusdili valideynlərin VK sosial şəbəkəsindəki qrupu

Tatarıstan prezidenti deyir ki, region məktəblərində tatar dili dərsləri məcburi qalacaq, ancaq həcmi azaldılacaq.

Rustam Minnikhanov noyabrın 8-də deyib ki, tatar dili daha həftədə altı saat deyil, 2 saat keçiləcək.

O əlavə edib ki, dərslər 1-ci sinifdən 9-cu sinifədək məcburi olacaq. Orta təhsilin son 2 ilində isə şagirdlər tatar dilini öyrənib-öyrənməmək barədə özləri qərar verəcəklər.

Minnikhanov Moskva hakimiyyətinin bu planla razılaşdığını söyləyib.

Rusiya prezidenti Vladimir Putin iyulda bildirib ki, adamlar “ana dilləri olmayan” dili öyrənməyə məcbur edilməməlidir. Bundan sonra məcburi tatar dili dərsləriylə bağlı məsələ böyüyüb.

“Etnik” sayılan regionlarda rusdilli valideynlər ruscadan savayı digər dillərin məcburi tədrisinə qarşı çıxıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG