Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 09:01

Əfqanıstandakı NATO hərbçilərinin sayının artmasına qərar veriləcək


Əfqanıstandakı NATO əsgərləri

Noyabrın 9-da NATO müdafiə nazirlərinin toplantısının ikinci günündə Əfqanıstandakı hərbçilərin sayının artırılmasına qərar veriləcəyi gözlənir. Talibanla vuruşan Kabil hökumətinə yarım məqsədiylə hərbçilərin sayının 13 mindən 16 minə artırılmasına qərar verilə bilər.

NATO baş katibi Jens Stoltenberg toplantı öncəsi bildirib ki, yeni göndərilən hərbçilər döyüş mövqeyində olmayacaq, NATO-nun “təlim, müşavirə və yardım” missiyasının tərkibinə qatılacaqlar. Əlavə hərbçilərin yarıya qədəri Birləşmiş Ştatlardan olacaq.

ABŞ prezidenti Donald Trump avqustda yeni Əfqanıstan strategiyası açıqlayıb. Sentyabrda müdafiə naziri Jim Mattis deyib ki, Əfqanıstana 3 mindən çox əlavə əsgər göndəriləcək.

Nə vaxtsa, ABŞ, NATO və digər tərəfdaşlarının Əfqanıstanda 100 mindən çox hərbçisi vardı. NATO 2014-cü ildə döyüş əməliyyatlarını dayandırandan Taliban fəallaşıb.

İslam Dövləti (İŞİD) silahlı qruplaşması da hücumları artırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG