Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 17:52

Misir lideri Səudiyyə-İran gərginliyi barədə


Abdel Fattah al-Sisi (sağda)

Misir prezidenti Abdel Fattah al-Sisi deyir ki, Səudiyyə Ərəbistanının İranla münaqişəsində Ər-Riyadı dəstəkləyir. Ancaq o, gərginliyin iki rəqib arasında açıq hərbi qarşıdurmaya keçməsinin tərəfdarı olmadığını dilə gətirib.

“Səudiyyəli qardaşlarımızı dəstəkləyirik”, – Sisi noyabrın 8-də Şarm əl- Şeyxdə jurnalistlərə deyib.

“Müharibə tərəfdarı deyiləm. Böhranları dialoqla həll edə bilərik”, – o, sözlərinə əlavə edib.

“Regionda yetərincə sabitsizlik var. İran və Hizballah-ın iştirakıyla yeni mürəkkəblik istəmirik”, – deyən Sisi Tehranın Suriya və Livandakı müttəfiqi olan Hizballah-ı nəzərdə tutub.

Səudiyyənin vəliəhd şahzadəsi Muhammad bin Salman bu həftə İranı Yəməndəki husi yaraqlılarını silahlandırmaqda suçlayıb. O, Hizballah-ı krallığa “müharibə elan etməkdə” ittiham edib.

İran prezidenti Hassan Rohani isə noyabrın 8-də deyib ki, İrana qarşı təhdidlər nəticəsiz qalacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG