Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 00:54

İran prezidenti Hassan Rohani Səudiyyə Ərəbistanına xəbərdarlıq edib ki, İrana qarşı təhdidlər heç bir nəticə verməyəcək.

“İslam respublikasının gücünü və yerini bilirsiniz”, – Rohani noyabrın 8-də hökumətin iclasında söyləyib.

“Sizdən (Səudiyyə Ərəbistanı) daha güclü olanlar İran xalqına heç nə edə bilmədilər. Birləşmiş Ştatlar və müttəfiqləri bütün bacarıqlarını səfərbər etdilər, heç nəyə nail olmadılar”, – o söyləyib.

Şiə İranıyla sünni Səudiyyə Ərəbistanı regional münaqişələrdə əks mövqe tuturlar.

Rohani regionda birliyə çağırıb və deyib ki, İran Yaxın Şərqdə “sülh, təhlükəsizlik, sabitlik və proqres” istəyir.

İran Yəməndə hökumətə qarşı çıxan husi yaraqlılarını dəstəkləyir, Suriyaya silahlı qüvvələr göndərir. Səudiyyə onun husiləri silahlandırdığını desə də, İran bunu təkzib edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG