Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:03

Belarusun 'Şimal-Cənub' dəhlizinə qoşulması...


Dəmir yolu

Bu gün, noyabrın 8-i Bakıda «Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizinin qərb istiqamətində inkişafı ilə bağlı maliyyə və texniki məsələlərin həlli üzrə dördtərəfli görüş başa çatıb.

«Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat xidməti bildirir ki, görüşdə Belarusdan İrana vaqon daşımalarında tarif siyasəti və başqa məsələlər müzakirə edilib. Danışıqları Azərbaycan, Rusiya, Belarus və İran dəmir yolları administrasiyaları nümayəndələrinin iştirak etdiyi İşçi Qrup aparıb.

Danışıqlar noyabrın 7-si başlamışdı.

«Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizi haqqında razılaşma Rusiya, Hindistan və İran arasında 2000-ci ildə bağlanıb.

Azərbaycan da bu layihəyə 2005-ci ildən qoşulub.

«Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizi Hindistandan, Omandan dəniz vasitəsilə, daha sonra İran, Xəzər regionu, Rusiya və əks istiqamətdə yaradılacaq nəqliyyat-kommunikasiya magistrallarının cəmidir.

Hələlik «Şimal-Cənub» dəhlizi ilə aktiv hərəkət yoxdur. Çünki İran ərazisində Azərbaycanla birləşən kiçik ərazidə dəmir yolu xətti çəkilməyib. Azərbaycan İran sərhədinə kimi dəmir yolu xətti çəkib, Astara çayı üzərində dəmir yolu xətti tikilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG