Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 10:38

Deputat: 'AMEA işçilərinin maaşı ürəkaçan deyil'


Gövhər Baxşəliyeva

Elm sahəsinə nəzərdə tutulan maliyyə vəsaiti bu illə müqayisədə 4.3 faiz artırılıb.

APA-nın xəbərinə görə, bunu Milli Məclisdə komitələrin birgə iclasında aparılan 2018-ci ilin büdcə müzakirələri zamanı deputat Gövhər Baxşəliyeva bildirib. O, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müvafiq institutlarının beynəlxalq əhəmiyyətli tədbirlər keçirməsini xatırladaraq deyib ki, bu tədbirlərə də maliyyə vəsaiti nəzərdə tutulmalıdır.

G.Baxşəliyeva AMEA əməkdaşlarının maaşlarının azlığından şikayətlənib:

«Onların aldığı maaş ürəkaçan səviyyədə deyil. Yaxşı olardı ki, AMEA əməkdaşlarının məvacibləri də artırılsın».

Növbəti il dövlət büdcəsi layihəsində gəlirlər 20 mlrd. 127 mln. manat, xərclər isə 20 mlrd. 905.7 mln. manat nəzərdə tutulur.

Bu illə müqayisədə büdcənin gəliri və xərcləri təqribən 3 milyard manat artırılır.

Layihədə növbəti il üzrə elm xərcləri isə 128.1 milyon manat proqnozlaşdırılıb.

XATIRLATMA

Bir müddət öncə AMEA əməkdaşı Yasəmən Qaraqoyunlu da prezidentə müraciət edərək, maaşların azlığını dilə gətirmişdi.

Y.Qaraqoyunlu ölkə başçısına məktubunda apardığı sosial siyasətin iflasa uğradığını, son 25 ildə ölkənin «biz və onlar» kateqoriyasına bölünərək idarə olunduğunu, «ədalətsiz sosial siyasət» nəticəsində alimlərin «Sizif aqibəti»ylə üzləşdiyini və 200-300 manatlıq məvacibin bəzən yol puluna çatmadığını yazırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG