Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:37

Azərbaycan təbii hadisələrin önlənməsində 99-cu yerdədir


Oktyabrda yağan yağış Xırdalan şəhərində bəzi küçələri su altınd qoydu, 2017-ci il
Oktyabrda yağan yağış Xırdalan şəhərində bəzi küçələri su altınd qoydu, 2017-ci il

Dünya ölkələri aşırı təbii hadisələr qarşısında mövqeyi gücləndirməkdədir. Artıq dünya əhalisi beş il öncəyə baxanda, siklonlar və zəlzələlər kimi təbii hadisələrə daha hazırlıqlıdırlar. Bunu noyabrın 7-də açıqlanmış Ümumdünya Risk İndeksinə (World Risk Index) əsasən demək olar.

İndeksi Almaniyanın yardım agentliklərinin birləşdiyi Bündnis Entwicklung Hilft alyansı beşillik araşdırma nəticəsində, Bonnda keçirilən iqlim konfransı çərçivəsində açıqlayıb.

Sakit Okean adalarının ən böyük risk qarşısında olduqları vurğulanır.

Hesabatda deyilir ki, iqlim dəyişikliyi leysan yağışları, tufan və istilik dalğalarını artırsa da, “qlobal miqyasda ekstrim təbii təhlükələrə qarşı zəiflik azalmaqdadır”, – alyansın, eləcə də hesabatın rəhbəri Peter Mucke deyib.

“Bir sıra ölkələr əvvəlki fəlakətlərdən dərs çıxarıblar və hazırlıq səviyyələrini yaxşılaşdırırlar”, – o bildirib.

AZƏRBAYCAN VƏ QONŞULARI

Azərbaycan bu indeksdə 171 ölkə arasında 99-cu yerdədir. İndeksdə reytinqin böyüklüyü onun daha yaxşı olduğunu göstərir. Ən pis- 1-ci yerdə Vanuatu, ən yaxşı – 171-ci yerdə isə Qətərdir.

Bu dəfə Azərbaycan Cənubi Qafqazdakı qonşularından – Gürcüstan (84) və Ermənistandan (87) irəlidədir. Rusiya daha yaxşı – 128-ci pilləni tutub.

Qeyd edək ki, Azərbaycanda əsasən payızda yağan yağışlar paytaxt Bakıda, eləcə də bölgələrdə ciddi problemlər yaradır. Yolları, evləri su basır. İctimaiyyət buna görə şəhər rəhbərliyini, müvafiq orqanları suçlayır.

Hesabat 2012-2016-cı illərdə təbii hadisələrin törətdiyi riskləri dəyərləndirib. Ən zəif ölkələr Vanuatu, Tonqa, Filippin, Quatemala, Banqladeş, Solomon adaları və Kosta Rikadır.

Hesabatda özəlliklə, tropik, inkişaf etməkdə olan sahil ölkələrində riski azaltmağın bir neçə yolu olduğu vurğulanır. “Manqr meşələri daşqınların insanlara və mülkiyyətə riskini hər il 25% azalda bilər”, – aparıcı mütəxəssislərdən Dr. Michael Beck deyib.

2011-ci ildən Bündnis Entwicklung Hilft hər il Ümumdünya Risk Hesabatını yayır. Ümumdünya Risk İndeksi isə Birləşmiş Millətlər Universitetinin Ətraf Mühit və İnsan Təhlükəsizliyi ilə birlikdə hazırlanıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG