Noyabrın 8-i Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı bildirilir. Şimal küləyinin arabir güclənəcəyi təxmin edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 9-13, gündüz 15-17, Bakıda gecə 10-12, gündüz 15-17 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da yağış, bəzi yerlərdə leysan gözlənir. Gecə 5-10,gündüz 15-19, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti təxmin edilir.