Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 09:55

E.Məmmədyarov isveçli həmkarı ilə görüşüb


E.Məmmədyarov

Xarici işlər naziri Elmar Məmmədyarov İsveç Krallığına rəsmi səfəri çərçivəsində noyabrın 6-sı bu ölkədən olan həmkarı xanım Marqot Vallström ilə görüşüb.

Xəbəri Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) yayıb.

Xəbərə görə, görüşdə Azərbaycan və İsveç arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi yolları müzakirə edilib. Bu xüsusda İsveç şirkətlərinin Azərbaycanda fəaliyyəti təqdir olunub, qarşılıqlı sərmayələrin artırılmasının vacibliyinə toxunulub.

Görüşdə Avropa Birliyi ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair saziş üzrə aparılan danışıqlar da dəyərləndirilib.

Habelə, nazirlər Dağlıq Qarabağ münaqişəsindən də bəhs ediblər. Azərbaycanın xarici işlər naziri E.Məmmədyarov güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması cəhdlərinin qəbuledilməz olduğunu deyib.

E.Məmmədyarov noyabrın 6-da İsveçə gedib. Onun bu gün, noyabrın 7-si səfəri başa çatmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG