Keçid linkləri

2025, 09 Fevral, bazar, Bakı vaxtı 08:25

Türkiyəylə ABŞ viza prosesini qismən bərpa edirlər


Erdogan Vaşinqtonda təhlükəsizlik işçilərinin etirazçıları dağıtmasını izlərkən, 16 may, 2017-ci il
Erdogan Vaşinqtonda təhlükəsizlik işçilərinin etirazçıları dağıtmasını izlərkən, 16 may, 2017-ci il

Birləşmiş Ştatlar və Türkiyə viza müraciətlərinə baxılmasını qismən bərpa ediblər. Bu, iki müttəfiq arasında bir ay öncə baş qaldırmış diplomatik böhrandan sonra gərginliyin azaldılmasına doğru kiçik addım sayılır.

Ankaradakı ABŞ səfirliyi noyabrın 6-da bildirib ki, “məhdud” viza xidmətlərini bərpa edib. Bu, viza görüşlərinin qismən bərpası deməkdir. Bu açıqlamadan bir gün sonra Türkiyənin baş naziri Binali Yildirim ABŞ-ın vitse-prezidenti Mike Pence ilə görüşməkdən ötrü Vaşinqtona yollanır.

Birləşmiş Ştatlardan gələn açıqlamanın ardınca Vaşinqtondakı Türkiyə səfirliyi də oxşar bəyanat verib, “məhdud” viza xidmətini bərpa etdiyini bildirib.

*** Bunu da oxu: Azərbaycan 2 nəhəng layihəyə qoşuldu - bunun nə faydası olacaq? [video]

Oktyabrın 8-də Ankaradakı səfirlik Birləşmiş Ştatların Türkiyədə qeyri-mühacir viza xidmətlərini dayandırdığını bildirmişdi. Buna səbəb ABŞ-ın İstanbuldakı konsulluğunun iki türkiyəli əməkdaşının həbsi idi.

Ankara həmin şəxsləri ötən ilki uğursuz çevriliş cəhdində ittiham edir. Ancaq ABŞ səfirliyi əməkdaşlara qarşı ittihamların əsassız olduğunu bildirib.

Türkiyəni çevriliş cəhdinə görə AB-da yaşayan ilahiyyatçı Fethullah Gulen-i ittiham edir. Gulen bu ittihamları “yalan” adlandırır.

Ankarayla Vaşinqton arasında daha bir mübahisəli məsələ ABŞ prokurorlarının prezident Recep Tayyip Erdogan-ın təhlükəsizlik işçilərindən 15-nə ittiham verməsidir. Onlar mayın

XS
SM
MD
LG