Keçid linkləri

2017, 19 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:24

Korporativ idarəetmə ilə bağlı prezident fərmanı


Arxiv fotosu

Prezident İlham Əliyev bu gün, noyabrın 6-sı “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin (“ASK” ASC) yaradılması haqqında fərman imzalayıb.

President.az saytı fərmanın mətnini dərc edib.

Sənəddə bildirilir ki, bunda məqsəd korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaqdır. Habelə, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədi güdülür.

Buna da bax: “Cənnət sənədləri” açıqlanıb [yenilənib]

Fərmana əsasən ASC-də 5 üzvdən ibarət Müşahidə Şurası yaradılıb. Qurumun strukturunun təsdiqini, işçilərinin əməkhaqlarının müəyyənləşdirilməsini və nizamnaməsi ilə bağlı məsələləri bu şura həyata keçirməlidir.

Prezidentin sərəncamları ilə Natiq Əmirov “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri. Kamran Nəbizadə isə bu qurumun baş direktoru təyin edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG