Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 01:36

«Ölkədə yaranmış əlverişli biznes mühiti vergi ödəyicilərinin sayının artması ilə nəticələnib. Bu, vergi nəzarətinin təmin edilməsi, vergi ödəyicilərinə göstərilən xidmətlərin əhatəsinin genişləndirilməsi və vergi orqanı əməkdaşlarının məsuliyyətinin artırılmasını tələb edir».

Vergilər naziri Fazil Məmmədov nazirlikdə keçirilmiş kollegiya iclasındakı çıxışında belə deyib. Nazirliyin noyabrın 6-sı yaydığı məlumatda bildirilir ki, toplantıda vətəndaş müraciətlərinə baxılması və vergi proqnozlarının icra durumu müzakirə edilib.

Nazir deyib ki, vergi inzibatçılığının səmərəliliyinin yüksəldilməsi vacibdir. Hər bir vergi ödəyicisinə fərdi yanaşma təmin edilməli, sahibkarlıq subyektləri ilə kommunikasiyada daha səmərəli formalardan istifadə edilməlidir.

Vergi orqanlarına daxil olan vətəndaş müraciətlərinə baxılması vəziyyətinin müzakirəsi zamanı bildirilib ki, bu məsələ nazirliyin diqqət mərkəzində saxlanılır. Toplantıda vurğulanıb ki, bu sahədə hələ də nöqsanlar var.

F.Məmmədov daxil olmuş vətəndaş müraciətlərinə baxılmasına ciddi nəzarət edilməsinin vacibliyini qeyd edib. Onun vətəndaş müraciətlərinin araşdırılması zamanı nöqsana yol verən vergi orqanı əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi ilə bağlı tapşırıq verdiyi açıqlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG