Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:21

Puigdemont azadlığa buraxılıb


Barselonada müstəqilliyə qarşı etiraz aksiyası, arxiv fotosu

Brüssel məhkəməsi Kataloniyanın keçmiş lideri Carles Puigdemont-u və onun dörd tərəfdarını müəyyən şərtlərlə azadlığa buraxıb. Bu barədə bazar ertəsi – noyabrın 6-da “Reuters” agentliyi xəbər yayıb.

Məhkəmənin 10 saatdan çox çəkdiyi, Puigdemont-un və Kataloniyanın digər keçmiş liderlərinin onların həbsinə dair Avropa orderinin icrasına dair qərar çıxanadək buraxıldığı bildirilir. Orderi ötən həftə İspaniya verib.

*** Buna da bax: Keçmiş Kataloniya lideri polisə təslim oldu

15 GÜNƏ QƏRAR VERİLƏCƏK

“Reuters” xəbər verir ki, həmin beş nəfərin məhkəmənin icazəsi olmadan Belçikadan çıxması qadağan olunur. Onlar 15 gün ərzində bir daha məhkəmə önünə çıxarılmalıdırlar.

Bazar günü Kataloniyanın keçmiş lideri dörd tərəfdarıyla birlikdə Belçika polisinə təslim olmuşdu.

Puigdemont dövlət vəsaitindən sui-istifadədə, itaətsizlikdə ittiham olunur. Ona ittihamlar Kataloniyanın İspaniyadan ayrılmasına qərar verəndən sonra irəli sürülüb.

Carles Puigdemont (ortada) Kataloniya parlamentində himn oxuyur, 27 oktyabr, 2017-ci il
Carles Puigdemont (ortada) Kataloniya parlamentində himn oxuyur, 27 oktyabr, 2017-ci il

Cümə günü İspaniya hökuməti Puigdemont, Antoni Comín, Clara Ponsatí, Meritxell Serret və Lluís Puig-ə qarşı “konstitusiyanı gözardı edərək separatçı proses vasitəsiylə dövlətin quruluşunu qanunsuz dəyişmək” cəhdi ittihamıyla Avropa orderi çıxarıb. Bu ittihamlara görə 30 ilədək həbs cəzası düşür.

Kataloniyada oktyabrın 1-də keçirilmiş müstəqillik referendumuna gedənlərin əksəriyyətinin müstəqilliyə səs verdiyi bildirilir.

İspaniya mərkəzi hökuməti Puigdemont və kabinetini işdən çıxarandan sonra separatçı siyasətçilər Belçikaya qaçıb.

*** Buna da bax: Kataloniyanın keçmiş lideri Belçikadan hüquqi dəstək istəyib

PROSES ÜÇ AY ÇƏKƏ BİLƏR

Puigdemont iddia edib ki, o, İspaniyada ədalətli məhkəmə gözləmir, ancaq Belçika məhkəmə sistemiylə əməkdaşlığa hazırdır.

“The Guardian” qəzeti yazır ki, hakim bazar günü bir neçə variantı götür-qoy edib, “Avropa orderinin icrasından imtinadan tutmuş, həmin şəxslərin həbsinə, onları şərti azadlığa, yaxud zaminə buraxılmasınadək” fərqli yollar nəzərdən keçirilib.

15 gün ərzində məhkəmə Avropa orderinin icrasına dair qərar verməlidir. Bundan sonra siyasətçilər qərardan apelyasiya verə bilərlər. Həbsdən tutmuş ekstradisiyaya qədər, bütün proses üç ayadək çəkə bilər.

Belə bir yubanma isə Puigdemont-a imkan yaradır ki, İspaniya hökumətinin dekabrın 21-nə təyin etdiyi seçkiyə qatılsın. Onun partiyasının rəsmisi belə bir niyyətin olduğunu açıqlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG