Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:40

ABŞ prezidenti Donald Trump-ın Asiyaya səfəri başlanır. Bu səfər Şimali Koreyanın ballistik raket və atom proqramlarıyla bağlı gərginliyin artdığı bir vaxta təsadüf edir.

Trump noyabrın 3-də Vaşinqtondan çıxacaq. O, 11 gün ərzində Yaponiya, Cənubi Koreya, Çin, Vyetnam və Filippinə gedəcək.

Trump ilk öncə Havay ştatında ABŞ hərbi qüvvələri qarşısında qısa brifinq verəcək, «Mirvari Limanına» (Pearl Harbor) da baş çəkəcək.

Prezidentin Yaponiya, Cənubi Koreya və Çinə səfərlərində Pxenyanın raket və nüvə proqramları müzakirə olunacaq.

Pxenyan son aylar bir neçə qitələrarası ballistik raketləri sınaqdan keçirib.

Trump-ın Asiya liderlərilə ticarətdən də danışacağı gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG