Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

Ovechkin Putin üçün “sosial hərəkat” elan edir


Aleksandr Ovechkin
Aleksandr Ovechkin

Rusiyalı xokkeyçi, ABŞ Milli Xokkey Liqasının (NHL) “Washington Capitals” klubunun kapitanı Alex Ovechkin Rusiya prezidenti Vladimir Putin-ə dəstək hərəkatı yaratdığını açıqlayıb.

Ovechkin noyabrın 2-də Instagram hesabında rusca yazıb ki, “Putin Komandası adlı sosial hərəkat” başladır.

O, Putin-lə bağlı hisslərini heç vaxt gizlətmədiyini, “onu həmişə açıq dəstəklədiyini” bildirib.

32 yaşlı, Moskvada doğulmuş Ovechkin Rusiyanı beynəlxalq yarışlarda 32 dəfə təmsil edib, üç dəfə dünya çempionatlarında qızıl medal qazanıb.

O, tez-tez şəkil çəkdirdiyi Putin-lə yaxşı münasibətdə olduğunu bildirib.

*** Buna da bax: Moskvada dövlət qalereyası Navalnının anti-Putin videosunu necə yayıb?

“SİYASİ BƏYANAT DEYİL”

Ovechkin daha sonra bildirib ki, məqsədi heç də 2018-ci il mart seçkisi öncəsi Putin-ə dəstək bildirməklə siyasi bəyanat vermək deyil. O, hərəkətini Rusiyaya dəstək nümayişi adlandırıb.

Putin gələn ilki seçkiyə gedəcəyini açıq bildirməyib, ancaq bunu edəcəyi və qalib gələcəyi gözlənir.

“Bilirsiz, sadəcə ölkəmi dəstəkləyirəm. Mən bu ölkədənəm, valideynlərim, bütün dostlarım orada yaşayır. Müxtəlif ölkələrdən hər bir insan kimi davranıram, onlar da prezidentlərini dəstəkləyirlər. Bu, siyasi məsələ deyil”, – o vurğulayıb.

Rusiyanın TASS xəbər agentliyinin yazdığına görə, Putin-in Ovechkin-in hərəkətindən xəbəri yoxdur. Azından, cümə axşamı Kremlin sözçüsü Dmitry Peskov belə deyib.

Bu ilin əvvəlində “CNN World Sport”a müsahibəsində Ovechkin özünü siyasi baxımdan “neytral” adlandırmışdı.

*** Buna da bax: Təyyarə qəzalarında məhv olan idman klubları

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG