Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:56

Moskvada dövlət qalereyası Navalnının anti-Putin videosunu necə yayıb?


Navalnıya dəstək yürüşlərindən birində
Navalnıya dəstək yürüşlərindən birində

Rusiya müxalifətinin liderlərindən Aleksey Navalnı belə görünür, gözləmədiyi yerdən – Moskvanın məşhur dövlət Tretyakov qalereyasından dəstək alıb.

Navalnının prezident Putini məhkəməyə verəcəyinə dair bəyanatını əks etdirən video qalereyanın rəsmi Tvitter hesabından post edilib.

Navalnı bu videoda deyirdi ki, onun 2018-ci il prezident seçkisi kampaniyası Vladimir Putin və onun administrasiyası tərəfindən əlaqələndirilmiş şəkildə əngəllənir.

Videoda Putinin karikaturasına link də var. Bu karikaturada ofisiant qiyafəsində olan Rusiya prezidenti əlindəki sinidə donuz başı aparır. Bundan əvvəl İrkutsk şəhərində Navalnı kampaniyasının noyabrın 4-də görüş keçirmək istədiyi binanın qapısına donuz başı bağlanmışdı.

Rusiyanın məşhur dövlət qalereyalarından birinin bu karikaturanı bəyəndiyi barədə postu rusdilli Tvitter istifadəçilərinin təəccübünə səbəb olmuşdu.

Tvitter istifadəçilərindən biri zarafatla yazmışdı ki, “Tretyakovka nəyi bəyənmək lazım gəldiyini bilir”

Navalnının videosunu əks etdirən orjinal tvit tezliklə silinmiş və Tretyakov qalereyası Tvitter hesabının haker hücumuna məruz qaldığı barədə xəbər yaymışdı. Qalereya daha sonra bildirirdi ki, sözü gedən videonun muzey və onun fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur.

Rusiyanın hakim elitasını özünün antikorrupsiya təhqiqatları ilə qəzəbləndirən Navalnı 2018-ci ilin prezident seçkisində namizdəliyini irəli sürmək istəyir. Vladimir Putin seçkiyə qatılacağını hələlik rəsmən bəyan etməsə də, onun bu seçkidə iştirak edib qalib gələcəyi çox az adamda şübhə doğurur.

Rusiya rəsmiləri Navalnının, üzərindəki cinayət məsuliyyətinə görə bu seçkidə iştirak edə bilməyəcəyini bildirmələrinə baxmayaraq, müxalifətçi seçki kampaniyasını davam etdirir.

O bildirir ki, ona qarşı irəli sürülmüş maliyyə ittihamları siyasi motivlidir.

Nyu Yorkda mənzillənmiş Human Rights Watch insan haqları təşkilatının sentyabr ayında yaydığı bəyanatda deyilirdi ki, Rusiya hakimiyyət orqanları sistematik olaraq Navalnının namzidəliyinin qarşısını alır və onun fəallarının “qanunsuz” saxlanmalarını həyata keçirir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG