Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 03:57

“SOCAR-ın maliyyə siyasəti, kapital xərcləri və şəffaflığı ilə bağlı qeyri-müəyyənliklər görürük”.

“Standard & Poor’s” beynəlxalq reytinq agentliyinin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) reytinqi ilə bağlı yeni press-relizi bu cümlə ilə başlayır.

Agentlik vurğulayır ki, 2017-2018-ci illərdə SOCAR-la bağlı gözləntilər neqativdir.

Onların fikrincə, SOCAR Azərbaycanda bank sektorunun durumundan da neqativ təsirlənib.

Agentlik SOCAR-ın uzunmüddətli kredit reytinqini “BB” (zəif) səviyyəsindən də bir pillə aşağı - “BB-“ səviyyəsinə endirib.

Buna da bax:​ Monteneqrodakı Azərbaycan şirkəti: əvvəl SOCAR, indi 'Ataholding'

Reytinq üzrə proqnoz stabildir. Ancaq SOCAR-ın uzunmüddətli korporativ kredit reytinqi “CreditWatch Negative” siyahısından tamamilə çıxarılıb.

“Standard & Poor’s”a görə, SOCAR-ın reytinqinin yaxın dönəmdə artması gözlənilmir.

SOCAR-ın reytinqi ötən il də eniş baş vermişdi

“Standard & Poor’s” SOCAR-ın reytinqinə bundan öncə ötən ilin avqust və dekabr aylarında da baxmışdı. Həmin vaxt reytinq proqnozu “stabil”dən “neqativ”ə endirilmişdi.

Buna da bax:​ 2,9 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' [jurnalist araşdırması]

Uzunmüddətli və qısamüddətli kredit reytinqi isə bir üst səviyyədən “ВВ” (zəif) səviyyəsinə salınmışdı.

Elə həmin vaxt agentliyin press-relizində vurğulanırdı ki, SOCAR-ın proqnozu daha da pisləşə bilər.

SOCAR-ın reytinqini daha öncə “Moody’s” endirmişdi

SOCAR-ın reytinqini bundan öncə başqa bir nüfuzlu agentlik - “Moody’s”-da aşağı salıb.

Buna da bax: Leyla Əliyevanın şirkəti subsidiya alanlar siyahısında [araşdırma]

Bu ilin avqustunda agentlik SOCAR-ın bütün dərəcələr üzrə reytinqini endirib. Dövlət Neft Şirkətinin dərəcələr üzrə reytinqi Ba1 səviyyəsindən Ba2 səviyyəsinə (spekulyativ xarakterli, əsaslı kredit riski) düşürülüb.

“Moody’s”ın vitse-prezidenti Denis Perevezentsev iki ay əvvəl demişdi ki, qərarın arxasında şirkətin borclarının artmaqda davam etməsi, eyni zamanda yüksək həcmdə investisiya qoyuluşlarının zəif kreditlərə söykənməsi dayanır.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2016-cı ilin yekunlarına görə, 35.3 milyard manat dəyərində maliyyə öhdəlikləri var.

Bu barədə SOCAR-ın bu ilin əvvəllərində yaydığı hesabatda bildirilirdi.

Hələ ötən il SOCAR rəsmiləri açıqlamışdılar ki, 6 milyard dollar civarında borcları var.

Günün bütün mövzuları

XS
SM
MD
LG