Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 01:02

AXCP fəalının atasının Astarada həbs edildiyi bildirilir


Arxiv fotosu

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) gənc üzvünün atasının Astarada inzibati qaydada həbs edildiyi bildirilir.

Bu haqda AzadlıqRadiosu-na AXCP-dən bildiriblər.

Məlumatda qeyd edilir ki, AXCP fəalı Tofiq Məmmədov Demokratik Qüvvələrin Milli Şurasının Bakıda keçirdiyi mitinqdən sonra, oktyabrın 9-da Bakıda saxlanıb. Yasamal Rayon Məhkəməsinin qərarı ilə o, inzibati qaydada 200 manat cərimə olunub.

AXCP-dən bildirildiyinə görə, gənc fəalın mitinqdə fəallığına görə yaxınları da Astara rayonunda təzyiqlərə məruz qalıb.

Buna da bax: Azərbaycanda həkim, müəllim, poçt işçisi olmaq olar, amma... [video]

Tofiq Məmmədovun özü isə bildirib ki, atası Oruc Məmmədov oktyabrın 31-də saxlanıb. Gəncin deməsinə görə, atasını Astarada polisə müqavimətdə günahlandıraraq 10 sutka inzibati qaydada həbs ediblər.

“Atamı Milli Şuranın aksiyalarında iştirakıma görə saxlayıblar. Mitinqlərlə bağlı vərəqələr paylamağım, aksiyaların təşkilində iştirak etdiyimə görə bizi cəzalandırırlar”, – AXCP fəalı deyib.

Buna da bax:​ Milli Şura Bakıda mitinq keçirdi (Foto, Video. Yenilənir)

Gənc fəalın bu dediklərinə, hələlik, nə Astara rayon Polis Şöbəsindən, nə də məhkəmədən münasibət almaq mümkün olub.

XATIRLATMA

Sentyabri-oktyabr aylarında Milli Şura Bakıda 3 mitinq keçirib.

Hələ, oktyabrın 7-də keçirilən mitinqdə AXCP sədri Əli Kərimli demişdi ki, təkcə bu aksiya öncəsi ümumilikdə 200-ə yaxın fəal polisə çağırılıb. Onlardan bəziləri saxlanıb. Ancaq onda mitinqdə səslənən bu açıqlamanı hüquq- mühafizə orqanlarından dəqiqləşdirmək mümkün olmamışdı.

Sonradan AXCP məlumat yaydı ki, ümumilikdə 10-dan çox fəal 10 gündən 30 günə kimi inzibati qaydada həbs cəzası alıb. Onların polisin qanunu tələblərini yerinə yetirməməkdə günahlandırıldığı açıqlandı.

Üstəlik, mitinq ərəfəsində və sonra AXCP-nin bir neçə üzvünün də işdən çıxarıldığı bildirilir.

Halbuki, hər 3 aksiya Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) ilə də razılaşdırılmışdı. Mitinqlərdə «Talana yox» başqa korrupsiya əleyhinə şüarlar səslənib.

Bu yaxınlarda Avropa Birliyi Şurasının nümayəndələrini qəbul edərkən prezident İlham Əliyev də aksiyalar məsələsinə toxunaraq demişdi ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı təmin edilir. Prezidentin sözlərinə görə, sadəcə xalq belə aksiyalara dəstək vermir.

Günün bütün mövzuları

XS
SM
MD
LG