Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 17:10

Rusiya Vaşinqtonun çağırışını rədd edir


Sergei Ryabkov

Noyabrın 1-də Ağ ev Rusiyanı çağırıb ki, BMT təhqiqat qrupunun mandatının yenilənməsini əngəlləməsin. Bu qrup Suriyada kimyəvi silah hücumlarının arxasında kimin durduğunu araşdırır.

Ancaq Kreml noyabrın 2-də bu çağırışı rədd edib. Rusiya xarici işlər nazirinin müavini Sergei Ryabkov deyib ki, BMT-nin bu qurumunu qorumaqdan ötrü “təcili və köklü addımlar atılmalıdır”, bu yolda “bütün fəaliyyətlər ABŞ-ın diktəsindən qorunmalıdır”.

Birgə Təhqiqat Mexanizminin (JIM) səlahiyyəti noyabrın 17-də bitir. Araşdırma qrupu ötən həftə bildirib ki, bu ilin aprelində Xan Şeyxun şəhərində sarin qazı hücumu üçün Suriya hökuməti məsuliyyət daşıyır. Bu açıqlama Rusiyanı qəzəbləndirib. Çünki Rusiya və Suriya hökuməti bu iddianı danır.

Xan Şeyxundakı hücumda onlarla adam həlak olmuşdu.

Ağ evsə bəyanatında BMT-nin Təhlükəsizlik Şurasını JIM-in mandatını yeniləməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG