Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 17:15

Prezident Monteneqrodan gələn naziri qəbul edib


Srcan Darmanoviç

Bu gün, noyabrın 2-si prezident İlham Əliyev Monteneqronun xarici işlər naziri Srcan Darmanoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə vurğulanıb ki, Azərbaycanla Monteneqro iqtisadiyyat, enerji, sərmayə qoyuluşu, ticarət və turizm daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlıq edir.

Prezident İ.Əliyev bildirib ki, həm Azərbaycan, həm də Monteneqro inkişaf etmiş turizm infrastrukturuna malikdir. Onun fikrincə, hər iki istiqamətdə daha çox turistlərin gəlməsinə ehtiyac var.

Monteneqro xarici işlər naziri S.Darmanoviçin başçılıq etdiyi nümayəndə heyəti noyabrın 1-dən Azərbaycanda səfərdədir. Onların prezident İ.Əliyevdən başqa, noyabrın 2-də Azərbaycan xarici işlər naziri E.Məmmədyarovla da görüşü gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG