Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 16:13

Hər 4 nəfərdən biri düşünür ki, eynicinsli münasibət “cinayətdir”


Kosovoda LGBT paradı, 10 oktyabr, 2017-ci il

Dünyada hər dörd nəfərdən biri düşünür ki, enynicinsli münasibətdə olanlar cinayətkar sayılmalıdırlar. 77 ölkə və ərazidə keçirilmiş sorğu bunu üzə çıxarıb.

Sorğunu Beynəlxalq Lesbian, Gey, Biseksual, Trans və İnterseks Assosiasiyası (ILGA) RIWI Corp. ilə birlikdə aparıb.

REGİONLAR ÜZRƏ FƏRQLİ GÖSTƏRİCİLƏR

Ancaq regionlar üzrə eynicinsli münasibətləri kriminallaşdırmaqla bağlı fikirlər fərqlənir.

15 Afrika ölkəsində respondentlərin demək olar yarısı (45%) deyib ki, eynicinsli münasibətdə olanlara cinayətkar kimi baxılmalıdır. Yaxın Şərqdə respondentlərin 36%-i belə düşünür.

*** Buna da bax: Ramil Usubov Nils Mujnieks-ə LGBT haqda məktub yazıb

Avstraliya və Yeni Zelandiyadakı respondentlərin 15%-i, Şimali Amerika (ABŞ və Kanada birlikdə), Cənubi Amerika və qərbi Avropada rəyi sorşulanların 19 faizi bu fikir paylaşır.

Hətta bu cür münasibətlərin çoxdan de-kriminallaşdırıldığı ölkələrdə belə müəyyən qisim respondent bu fikirdədir. Məsələn, Böyük Britaniyada homoseksuallıq 50 ildir dekriminallaşdırılıb. Di gəl, hər altı nəfərdən biri (17%) düşünür ki, “eyni cinsdən olanlarla romantik, yaxud seksual münasibətdə olanlara cinayətkar kimi baxılmalıdır”.

“İnkişaf etmiş ölkələrdə kriminallaşmayla bağlı münasibətin 20% civarında dəyişməsi narahatlıq yaradır”, – əsas tədqiqatçı və hesabatın həmmüəllifi Aengus Carroll deyir.

28,5 FAİZ

Rəy sorğusu keçirilən bütün ölkələrdə isə respondentlərin 28,5%-i eynicinsli münasibətlərdə olanların cinayətkar sayılmasını vacib hesab edir.

Homoseksuallığın kriminallaşdığı 25 ölkədə isə respondentlərin çoxu – 42 faizi düşünür ki, belə münasibətdə olanlar cinayətkar sayılmalıdır, 36% bununla razılaşmır.

Cəmi respondentlərin 55%-i bir fikirlə razıdır ki, bərabər hüquqlar və qorumalar gey və biseksuallara aid olmalıdır.

*** Buna da bax: Azərbaycanda cinzi azlıqlara 'qəfil divan tutuldu'

Afrikada respondentlərin 43%-i deyib ki, homoseksuallığı qəbul edə, dinlərinə də sayqıyla yanaşa bilər. 42%-sə bu ikisinin bir-birinə zidd olduğunu söyləyib.

Bu illik rəy sorğusu ötən ildən keçirilir. Bu il sorğu 77 ölkədə 116 min onlayn individual arasında aparılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG