Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:46

Putin Tehranda nədən danışacaq


Vladimir Putin
Vladimir Putin

Noyabrın 1-də Rusiya prezidenti Vladimir Putin Tehrana səfəri zamanı Suriya böhranı, enerji əməkdaşlığı məsələlərini müzakirə edəcək. Kremlin məlumatına görə, Putin iranlı həmkarı Hassan Rohani, ali lider Ali Khamenei ilə görüşlər keçirəcək.

Kremlin sözçüsü Dmitry Peskov oktyabrın 31-də jurnalistlərə deyib ki, Rusiya-İran ikitərəfli danışıqlarında əsas müzakirə mövzusu Suriyayla bağlı məsələlər olacaq. O, detalları açıqlamayıb.

Suriyada altıillik vətəndaş müharibəsində Rusiyayla İran prezident Bashar al-Assad hökumətini dəstəkləyir. Birləşmiş Ştatlar və Türkiyə isə müxtəlif üsyançı qrupların arxasında durur.

*** Bunu da oxu: Media: 'Rusiya Suriyadakı texnikasını azalda bilər'​

“SAXTA MESAJ”

Oktyabrın 31-də Rusiya, İran və Türkiyə təmsilçiləri Qazaxıstan paytaxtı Astanada görüşüblər. Onlar Assad rejimi ilə opponentlərini gələn ay bir araya gətirərək sülh danışıqlarına start verməyə boyun olublar.

Rusiya xarici işlər nazirliyi oktyabrın 31-də vebsaytında görüşə dəvət olunan 33 Suriya təşkilatının adını yerləşdirib. “Suriya Milli Dialoq Konqresi” noyabrın 18-də Rusiyanın Soçi şəhərində keçiriləcək.

Astana danışıqları yanvardan başlanıb, Cenevrədə BMT-nin təşkilatçılığıyla keçirilən danışıqlara paralel aparılır.

Ancaq Suriya müxalifətinin Astanadakı təmsilçiləri plana şübhəylə yanaşıblar.

Suriya müxalifətinin sözçüsü Yehya al-Aridi bu təklifi Suriyayla bağlı “saxta mesaj” adlandırıb.

Putin Tehranda Rohani və Azərbaycan prezidenti İlham Əliyevlə üçtərəfli görüş də keçirəcək.

Bu formatda ilk görüş ötən il Əliyevin təşəbbüsüylə baş tutub.

XS
SM
MD
LG