Noyabrın 1-i Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir. Ancaq axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 11-14, gündüz 17-20, Bakıda gecə 12-14, gündüz 17-19 dərəcə isti olacaq.
Azərbaycanın bəzi rayonlarında da yağış yağacağı bildirilir. Yağıntının ayrı-ayrı yerlərdə leysana, yüksək dağlıq ərazilərdə qara keçəcəyi vurğulanır. Gecə 8-13, gündüz 17-22, dağlarda gecə 2-6, gündüz 10-15 dərəcə isti təxmin edilir.