Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 23:47

Qaçan məhbuslara görə müğənninin saxlandığı bildirilir


Arxiv fotosu

Müğənni Fədayə Laçının qaçan məhbuslara yardım etməkdə şübhəli bilinən şəxs kimi saxlandığı bildirilir.

“Turan” Agentliyinin xəbərinə görə, bu barədə baş prokurorluqdan bildiriblər.

Xəbərdə qeyd edilir ki, o, oktyabrın 23-də Lənkərandan Bakıya gətirilərkən Astara-Bakı qatarından qaçan Etibar Məmmədov və Əli Ağamiyə yardım etməkdə ittiham olunur.

Buna da bax:​ Məhbusların qaçmasına görə tutulanlar və işdən azad olunanlar var [yenilənib]

L.Fədayənin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirinin seçildiyi bildirilir.

Buna da bax:​ Lotu Quli azadlıqda? Yoxsa başqa həbsxanaya köçürülüb?

Ancaq müğənninin vəkilinin və ya yaxınlarının bu açıqlamaya münasibətini, hələlik, öyrənmək mümkün olmayıb. Onun ittihamı qəbul edib-etmədiyi açıqlanmır.

Xatırlatma

Oktyabrın 23-də xüsusi vaqonda Lənkərandan Bakıya gətirilən Etibar Məmmədov (1980-cı il) və Əli Ağami (1989-cu il) Biləcəri stansiyasında qaçıblar. Onlar xüsusilə ağır cinayət törətməkdə ittiham olunurlar. E.Məmmədov CM-in 234.4.3 (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi), əvvəllər məhkum olunan Ə.Ağami isə 120.2.2 (qəsdən adam öldürmək) və 228 (qanunsuz odlu silah saxlamaq) maddələri ilə ittiham olunublar.

Onların işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılırdı.

Oktyabrın 26-da Ə.Ağami saxlanılıb və təcridxanada yerləşdirilib. E.Məmmədovun axtarışı davam edir.

Qaçış olayı ilə bağlı xidməti yoxlamanın nəticələrinə görə, Penitensiar Xidmətin 11 əməkdaşı işdən çıxarılıb, üç əməkdaş isə həbs olunub

Günün bütün mövzuları

XS
SM
MD
LG