Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 00:53

Mehman Hüseynovun təkrar məhkəməsi başlayır


Həbsdəki bloqqer, «Sancaq» səhifəsinin admini Mehman Hüseynovun işi üzrə növbəti məhkəmə prosesi başlayır. Bloqqerin işini Ali Məhkəmə yenidən apellyasiya instansiyasına qaytarmışdı.

Bakı Apellyasiya Məhkəməsindən bildiriblər ki, bloqqerin işi artıq icraata verilib.

M.Hüseynovun şikayətinə hakim Əflatun Qasımovun sədrlik etdiyi kollegiya baxacaq. Apellyasiya şikayəti üzrə məhkəmə baxışı noyabrın 3-nə təyin edilib.

Bloqqerin vəkillərindən Elçin Sadıqov isə M.Hüseynovun artıq Penitensiar Xidmətin Şüvəlanda yerləşən 3 saylı istintaq təcridxanasına köçürüldüyünü bildirib. M.Hüseynov 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanırdı.

XATIRLATMA

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib. Bundan əvvəl, yanvarın 9-da isə onun oğurlandığı güman edilirdi.

Yalnız yanvarın 10-da məhkəmə önünə çıxarkən, onun Nəsimi Rayon Polis İdarəsinin 22 saylı Polis Bölməsində saxlandığı məlum olmuşdu. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə M.Hüseynov polisə tabe olmamaqda təqsirli bilinərək, 200 manat cərimə edilmişdi.

Jurnalistlər önünə çıxan bloqqer polisdə saxlandığı müddətdə işgəncələrə məruz qaldığını söyləyib. Vəkili isə işgəncə şikayətinin araşdırılmasından ötrü Bakı Şəhər Prokurorluğuna müraciət etmişdi. Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev də M.Hüseynovun işgəncə ilə bağlı dediklərini polisə böhtan sayaraq, xüsusi ittiham qaydasında iddia qaldırıb. Həmin iddia əsasında M.Hüseynov 2 il azadlıqdan məhrum edilib.

Apellyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb. Ancaq Ali Məhkəmə bloqqerin kassasiya şikayətini qismən təmin edib, işi yenidən Apellyasiya Məhkəməsinə qaytarıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG