Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 10:32

Bu il noyabr ayının ortalarında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ayrı-ayrılıqda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Xəbəri AZƏRTAC yayıb.

Nazir deyib ki, bu görüşlərdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün keçirilməsi gözlənilir.

Bu il oktyabrın 16-da İsveçrədə Azərbaycan və Ermənistan prezidentləri bir araya gələrək, Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Görüş ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılıb. Danışıqlardan sonra yayılan bəyanatda cəbhədə atəşkəs ilə bağlı tədbirlərin gücləndirilməsinin vacibliyi öz əksini tapmışdı.

XATIRLATMA

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik yeddi rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Minsk qrupu tərəflərə indiyə kimi, əsasən, üç təklif verib. Münaqişənin paket həlli, münaqişənin mərhələli həlli və «Ümumu dövlət» konsepsiyası.

Birinci varianta görə, işğal edilən ərazilərlə status məsələsi paket həll edilməlidir. İkinci variantda isə əvvəlcə ərazilər boşaldılmalı, sonra isə statusa baxılmalıdır. Üçüncü variantda münaqişə zonasında ümumi dövlətin yaradılmasından söhbət gedir. Azərbaycan münaqişənin mərhələli həllinə tərəfdardır. Bu variantlardan heç biri qəbul edilməyib

Daha sonra həmsədrlər əvvəlki üç varianta söykənən «Madrid prinsipləri»ni təklif ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG