Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:27

Rəy sorğusu: Moskva Ukrayna separatçılarını dəstəkləməlidir


Donetskdə separatçıların paradı. 2017

-

Rusiyalıların yarıdan azı – 41 faizi hesab edir ki, Moskva Ukrayna böhranında separatçıların Donetsk və Luqansk xalq respublikalarını dəstəkləməlidir. Bunu “Levada” sorğu mərkəzinin sentyabrda keçirdiyi rəy sorğusu üzə çıxarıb.

6 faizin fikrincə, Rusiya Ukraynanı dəstəkləməlidir. 37 faizsə düşünür ki, Moskva bu münaqişədə tərəf tutmamalıdır.

“Levada” bu sorğunu Kiyev beynəlxalq sosiologiya institutuyla birgə keçirib, rusiyalı və ukraynalıların bir-birinə münasibəti öyrənilib.

Üzə çıxan odur ki, son yarımildə rusiyalılar Ukraynaya daha yaxşı yanaşmağa başlayıblar, ukraynalıların Rusiyaya münasibətisə pisləşib.

Bu ilin mayında respondentlərin 25 faizi Ukraynaya yaxşı yanaşıb, sentyabrda üçdə biri belə düşünüb.

Ukraynada isə Rusiyaya yaxşı yanaşan respondentlərin sayı 43 faizdən 37-yə düşüb.

Rusiyalı respondentlərin 49 faizi ölkələr arasında sərhədlərin açılmasına, 34 faizsə viza rejiminin tətbiqinə tərəfdar olduğunu bildirib.

Ukraynalı respondentlər arasında 49 faiz düşünür ki, sərhədlər bağlanmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG