Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 14:24

Azərbaycan İspaniyanın ərazi bütövlüyünü tanıyır


Hikmət Hacıyev

“Azərbaycan İspaniya Krallığının beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəkləyir”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H. Hacıyev vurğulayıb ki, Azərbaycan mövcud vəziyyətin İspaniya Krallığının Konstitusiyası və qanunları əsasında sülh yolu ilə həllinin tərəfdarıdır. Onun deməsinə görə, xalqın, mərkəzi hakimiyyətin iradəsinə zidd şəkildə, Konstitusiya və qanunların pozulması ilə müşayiət olunan ölkənin ərazi bütövlüyünün birtərəfli pozulması cəhdləri qəbuledilməzdir.

Buna da bax: Kataloniya parlamenti müstəqilliyini elan elədi [yenilənir] [video]

“Azərbaycan artıq, 30 ilə yaxındır bundan əziyyət çəkir. 80-ci illərin sonlarında Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) başlanan separatizm həmin dövr SSRİ Konstitusiyası və Azərbaycan SSR qanunlarının kobud pozulması ilə müşayiət olunurdu. Bu xüsusda DQMV-də köklü Azərbaycan əhalisinin etnik təmizlənməsindən sonra 1991-ci il dekabrın 10-da yalnız erməni icmasının iştirakı ilə regionun müstəqilliyi haqda qanunsuz və qeyri-legitim referendum keçirildi. SSRİ-nin dağılmasından sonra Ermənistan Azərbaycana qarşı açıq müharibəyə başladı. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu işğal edildi”, – deyərək XİN sözçüsü paralellər aparır.

Xatırlatma

Dünən, oktyabrın 27-də İspaniyanın Kataloniya muxtar vilayəti müstəqilliyini elan edib. Bununla əlaqədar İspaniya Senatı Kataloniyada birbaşa idarəçiliyin tətbiqinə qərar verib. Bundan başqa, Kataloniya parlamenti və hökuməti buraxılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG