Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 09:54

DTX "anti-terror əməliyyatı"nın videosunu yaydı


Dövlət Təhlükəsizliyi Xidməti (DTX) keçirdiyi son "anti-terror əməliyyatı"nın videosunu yayıb.

Həmin məlumatda vurğulanır ki, oktyabrın 27-də radikal-dini ekstremist birliyin üzvi olan Azərbaycan vətəndaşları həbs edilib:

“Suriya, İraq ərazilərində döyüşlərdə iştirak etmiş Həsrət Əliyev, Emil Nəsrullayev, Elşad Dadaşov və Zaur Eynalov saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər”.

Buna da bax:​ DTX mitinqə terror təhlükəsini aradan qaldırıb?

DTX bildirir ki, Azərbaycanda terrora hazırlıq və cinayətkar birlikdə iştirak etmə üzrə aparılan işdə istintaq sirri ilə məhdudlaşmayan video-audio materiallar ictimaiyyətə təqdim ediləcək.

Ancaq saxlanan şəxslərin, onların vəkilləri və yaxınlarının bu açıqlamaya münasibətini, hələ ki, öyrənmək mümkün olmayıb. Sözü gedən şəxslərin ittihamı qəbul edib-etmədikləri bəlli deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG