Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:20

DTX mitinqə terror təhlükəsini aradan qaldırıb?


DTX
DTX

Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti oktyabrın 25-də Xırdalanda dini ekstremist qrupu zərərsizləşdirdiyi barədə xəbər yayıb. Rəsmi məlumatda həmin qrupun müxalifətin etiraz aksiyasında partlayış törətməyi planlaşdırdığı iddia edilir.

Təhlükəsizlik Xidmətinin məlumatına görə, Azərbaycan vətəndaşları olan “Əbu-Yunis” ləqəbli Anar Məsimli, “Əbu-Vakkaz” ləqbli Cavid Hüseynli və Bəxtiyar Ələkbərov odlu silahlardan atəş açmaqla müqavimət göstəriblər. Əməlyyat qrupu dəstəni məhv edib.

DTX müxalifət mitinqini terrordan xilas edir?
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

Rəsmi məlumatda qeyd edildiyinə görə bu dəstə ölkədən kənarda, adı çəkilməyən təşkilatın tabeçiliyini qəbul edib və iddia edilir ki, onlar Azərbaycanda sabitliyi pozmaq üçün oktybarın 28-də Bakıda keçiriləcək mitinqdə terror aktı törətmək istəyiblər.

Amma mitinqin təşkilatçıları yayılan bu rəsmi məlumata şübhə ilə yanaşırlar ki,hakimiyyət adamları mitinqə gəlməkdən çəkindirməyə çalışır.

AXCP sədri Əli Kərimli deyir ki, mitinq keçirilən yer həmin gün Azərbaycanda bəlkə də ən təhlükəsiz yerdir.

Prokurorluğun məlumatına görə isə, məhv edilən dəstə üzvlərinin mənzillərindən 1 ədəd “Makarov” tapançası, 2 əl qumbarası, 7 “Molotov kokteyli”, alışdırıcı maye ilə dolu 4 dənə 5 litrlik qab aşkar olunub.

Müxalifət qüvvələrini birləşdirən Milli Şuranın mitinqi isə Bakı şəhər İcra hakimiyyəti ilə razılşadırılıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG