Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 15:09

Suriyadakı qaz hücumuna görə hökumət günahlandırılır


Xan Şeyxunda ölənlərin dəfni, 5 aprel, 2017-ci il

-

Apreldə Suriyada azı 87 nəfərin ölümünə səbəb olmuş sarin qazı hücumuna görə BMT Suriya hökumətini günahlandırır. Qurum oktyabrın 26-də hesabat yayıb.

“Panel Suriya Ərəb Respublikasının 2017-ci il aprelin 4-də Xan Şeyxunda sarin qazı buraxılmasına görə məsuliyyət daşımasından əmindir”, – sənəddə deyilir.

Birgə Araşdırıcı Mexanizmin (JIM) bu hesabatı çoxdan gözlənirdi.

Hücumda ölənlərin azı 30-u uşaqlar idi.

Birləşmiş Ştatlar həmin hücuma görə prezident Bashar al-Assad hökumətini məsul tutmuş və Şayrat hava bazasına zərbə endirmişdi.

Rusiyanın səfiri Mikhail Ulyanov JIM-I ittiham edib ki, sarin qazını yoxlamağa Şayrat hava bazasından nümunə götürməyib və bunu “qalmaqallı” hərəkət adlandırıb. Onun fikrincə, sonucda “qərəzli” hesabat ortaya qoyulub.

Oktyabrın 24-də Rusiya Təhlükəsizlik Şurasının qətnaməsinə veto qoyub, həmin sənədlə JIM-in mandatı daha bir il uzadılacaqdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG