Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:41

Rusiya vertolyotunun qalıqlarının tapıldığı bildirilir


Arxiv fotosu

-

Norveç xilasediciləri oktyabrın 26-da itmiş Rusiya vertolyotunun qalıqlarını tapdıqlarını bildirirlər. İçərisində səkkiz nəfər olan vertolyot Arktikanın Svalbard arxipelaqı yaxınlığında itib.

Norveçin xilasetmə koordinasiya mərkəzinin lideri Tore Hongset “Reuters” agentliyinə deyib ki, suyun səthində neft sızıntısı və hava qabarcıqları görünüb, ərazidəki gəmiysə üzə çıxan əşya müşahidə edib. “Bu, vertolyot ola bilər”, – o deyib.

Vertolyotdakı heyət üzvü və sərnişinlərin də axtarışı davam edir. Dondurucu hava şəraitinə görə onların sağ qalma ehtimalları azalıb.

Rusiya fövqəladə hallar nazirliyi verolyotdakıların rusiyalılar olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG