Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 17:08

"Mən özümü yalnız dövlət başçısının qarşısında günahkar bilirəm və ondan əfv istəyirəm", - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri, 13 il həbs cəzası almış Vidadi Zeynalov belə deyir.

"Mən rəhbərliyin tapşırığını icra eləmişəm"

Keçmiş məmur oktyabrın 27-də Bakı Apellyasiya Məhkəməsində çıxış edib. Məhkəmədən bəraət istəyən Zeynalov tövsiyə edib ki, heç vaxt heç kimin göstərişlərini yerinə yetirmək lazım deyil. Əks halda, onun vəziyyətinə düşmək olar.

O, qohumlarının əmlaklarına həbs qoyulmasından da danışıb: "Bacanağımın mənə nə dəxli var ki, ona məxsus əmlaka həbs qoyublar? Vidadi Zeynalovun qohumudurlar deyə, küçədə qalmalıdırlar. Heç kimin haqqını yeməmişəm, heç kimə pislik etməmişəm. Hamını öz arşınları ilə ölçürlər. Hansı vəsaiti mənimsəmişik? Mən rəhbərliyin verdiyi tapşırıqları sədaqətlə yerinə yetirmişəm".

Buna da bax:​ Vidadi Zeynalov dövlətə 7 milyon 330 min 536 manat ödəyib

Mənimsədiyi iddia olunan vəsaiti ödəməsinə baxmayaraq, yenə ağır cəza aldığını deyən V.Zeynalovun sözlərinə görə, o, son iki ildə həbsdən "kars"a, polis nəzarətində saxlanmaya qədər çox hadisələrlə üzləşib. Hər şeyə də dözməyə hazırdır, bircə qanunların pozulmasından başqa: "Amma inanıram, hər şey əvvəl-axır yerini tapacaq".

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi isə V.Zeynalov və digər təqsirləndirilən şəxslər haqda hökmün dəyişdirilməməsini istəyib.

Məhkəmə oktyabrım 31-də davam edəcək.

Xatırlatma

2015-ci ilin oktyabrında MTN hadisələrindən dərhal sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyində də əməliyyat keçirilib. Nazirliyin Ararat rəhbəri Vidadi Zeynalov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov, "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov və daha 8 nəfər vəzifəli şəxs həbs olunub. Onlar mənimsəmə, vəzifədən sui-istifadə və başqa əməllərdə suçlanırlar. Cinayət işində ümumilikdə 153 milyon manatlıq mənimsəmədən söhbət gedir. Bakı Ağır Cinayətlər Məhkəməsində on ay davam edən məhkəmənin nəticəsi olaraq, Vidadi Zeynalov və Beytulla Hüseynovun hər biri 13 il, Namazalı Məmmədov 11 il, Emin Məmmədov 10 il, Anar Mustafayev 5 il, Qəmbər Bəybalayev 3 il azadlıqdan məhrum edilib.

Digər təqsirləndirilən şəxslərə, o cümlədən "Aztelekom" MMC-nin keçmiş rəhbəri

Məhəmməd Məmmədova şərti cəza verilib və onlar həbsdən buraxılıb

Günün bütün mövzuları

XS
SM
MD
LG