Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:04

Mehman Əliyev beynəlxalq mükafata namizəddir


Mehman Əliyev
Mehman Əliyev

-

Fransada yerləşən Sərhədsuz Reportyorlar Təşkilatı (RSF)TV5-Monde noyabrın 7-də 2017-ci il Mətbuat Azadlığı Mükafatını təqdim edəcək. Tədbir Strasburqda Ümumdünya demokratiya Forumu çərçivəsində keçiriləcək, 3 laureata – bir jurnalist, bir vətəndaş jurnalisti və media orqanına mükafat veriləcək.

Azərbaycandan “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev mükafata 18 nominant arasındadır. Onun namizədliyi jurnalist kateqoriyasından irəli sürülüb.

“ÇƏKİNMİRLƏR”

RSF bildirir ki, Mehman Əliyev Azərbaycanda jurnalistikanın və müstəqil xəbərləmə uğrunda mübarizənin pionerlərindən biridir. O və dostları sovet senzurasına dirəniş göstərərək 1990-cı ilin mayında “Turan” xəbər agentliyi yaradıblar. Hazırda “Turan” bu ölkədə qalan yeganə müstəqil media orqanıdır.

Azərbaycan RSF-in Ümumdünya Mətbuat Azadlığı İndeksində 180 ölkə içində 162-ci yerdədir.

“Üç dildə bülletenlər hazırlayan Turan reportyorlarının peşəkarlığı sayəsində vacib xəbər mənbəyinə çevrilib. Onlar ölkədə çox həssas mövzuları belə əhatələməkdən çəkinmirlər. Artan repressiya bu ilin avqustunda Mehman Əliyevin həbsiylə sonuclanıb və Turan əməliyyatları dayandırmalı olub. Beynəlxalq təzyiq sayəsində o, üç həftə sonra həbsdən buraxılıb və nəyin bahasına olursa-olsun, komandasıyla işini bərpa etməyə çalışır”, – məlumatla vurğulanır.

*** Buna da bax: ‘Turan’ agentliyi: ''Qara sentyabr' geridə qaldı...'

Mükafata digər namizədlər arasında Rusiyadan araşdırmaçı jurnalist Alexander Sokolov, Əfqanıstandan jurnalist Masoumeh Hidary, İrandan fotoqraf Soheil Arabi-nin də adları var.

Azərbaycanda hakimiyyət təmsilçiləri mediaya təzyiqlərlə bağlı tənqidləri qəbul etmirlər, ölkədə digər təməl hüquqlar kimi mətbuat azadlığının da tam təmin olunduğunu bildirirlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG