Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 17:10

-

Krım tatarlarının lideri Akhtem Chiygoz Rusiyada saxlanmış siyası məhbusların buraxılması və ilhaq edilmiş Krım regionu uğrunda mübarizəni davam etdirəcəyini deyir. O, bir gün öncə həbsdən buraxılıb.

“Mübarizənin şərtləri dəyişib və mən həbsdə mübarizəmi davam etdirirdim. Əminəm ki, indi həmin savaş üçün daha çox imkanım olacaq”, – Chiygoz oktyabrın 26-da Azad Avropa/AzadlıqRadiosuna deyib.

Türkiyə prezidenti Recep Tayyip Erdogan vasitəçiliyi ilə Chiygoz və Krım tatarlarının digər lideri Ilmi Umerov oktyabrın 25-də Rusiyada həbsxanadan buraxılıblar. Sentyabrda məhkəmə onlara uzunmüddətli həbs cəzası kəsmişdi. Liderlər Türkiyəyə gediblər.

Erdogan Krımın tatar azlığını dəstəkləməyə söz verib, eyni zamanda Moskvayla münasibətləri düzəltməyə çalışır.

Rusiyalı deputat Ruslan Balbek deyib ki, Krımın müsəlman müftisi Emirali Ablayev prezident Vladimir Putin-dən Umerov və Chiygoz-un əfvini istəyib.

Amma onların qohumları AzadlıqRadiosuna deyiblər ki, Ablayev-dən belə bir xahiş etməyiblər. Qohumların deməsinə görə, 2015-ci ildə Ablayev-dən Chiygoz-un işinə müdaxilə etməsini istəyiblər, o imtina edib.

Krım tatarlarının çoxu Ablayev-i yarımadanı tutmuş Rusiya administrasiyasının adamı sayır.

Avropa Birliyi də iki liderin azadlığa çıxmasını alqışlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG