Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:33

Əfqanıstandakı hərbçilərin bir hissəsi dönüb


Sülhməramlılar

Əfqanıstandakı sülhməramlılardan bir qrupu Azərbaycana qayıdıb. Bu haqda bu gün, oktyabrın 26-sı Müdafiə Nazirliyi məlumat yayıb.

«NATO-nun «Qətiyyətli Dəstək» qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycanın 50 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb», - məlumatda vurğulanıb.

Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-də başlayıb. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG