Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:07

Milli Şuranın mitinqinə razılıq verilib


Milli Şuranın aksiyası. 7okt2017

Bu gün, oktyabrın 25-i Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinq keçirməklə bağlı müraciətinə cavab verib.

BŞİH aksiyanın keçirilməsinə razılıq verib.

Milli Şura oktyabrın 28-də mitinq keçirməklə bağlı BŞİH-ə müraciət etmişdi. Aksiyada “Talana yox”, “Siyasi məhbuslara azadlıq” kimi şüarların səsləndirilməsi planlaşdırılır.

Bundan əvvəl, qurum oktyabrın 7-si və sentyabrın 23-də paytaxtda razılaşdırılmış aksiya keçirib. Orada “Talana yox”, “istefa” və başqa şüarlar səsləndirilib. Milli Şura rəhbərliyi çıxışlarda bəyan edib ki, ölkədə korrupsiyanın başında prezident İlham Əliyev durur.

Buna da bax:​ Milli Şura Bakıda mitinq keçirdi (Foto, Video. Yenilənir)

Hər iki aksiya ərəfəsində və sonra üst-üstə 10-dan çox fəal saxlanaraq inzibati qaydada həbs edilib. Milli Şura bəyan edib ki, bu aksiyanın kütləviliyinin qarşısını almaqdan ötrü hakimiyyətin repressiv tədbirlərinin tərkib hissəsidir.

Ancaq bu günlər Avropa Birliyi Şurasından gələn qonaqları qəbul edən prezident İlham Əliyev də aksiyalar məsələsinə toxunub. O deyib ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı təmin edilir. Sadəcə xalq belə aksiyaları dəstəkləmir.

Buna da bax:​ Müsavat yürüş qərarından vaz keçdi [yenilənib]

Aksiyalardan sonra hakim Yeni Azərbaycan Partiyasının (YAP) funksionerləri də Milli Şura rəhbərliyini korrupsiyada ittiham ediblər. Üstəlik, onlar ölkədə siyasi məhbusların olması fikrini də qəbul etmirlər. YAP-dan olan deputatlar hesab edirlər ki, siyasi məhbus sayılan şəxslər konkret törətdikləri əməllərə görə, məsuliyyətə cəlb ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG