Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 17:10

-

Ukrayna hakimiyyəti bu yaxınlarda Rusiyada həbs cəzası kəsilmiş Krım tatar liderlərinin azadlığa buraxıldığını bildirir. Akhtem Chiygoz və Ilmi Umerov Türkiyəyə yollanıblar.

Umerov və Chiygoz Rusiyanın nəzarətində olan Krımda saxlanırdılar. Ukraynanın informasiya siyasəti nazirinin birinci müavini Emine Dzhappar Azad Avropa/AzadlıqRadiosu-na bildirib ki, onlar oktyabrın 25-də Türkiyəyə təhvil veriliblər.

Hazırda Ukraynada deputat olan veteran tatar lideri Mustafa Dzhemilev da AzadlıqRadiosuna Chiygoz və Umerov-un Türkiyəyə göndərildiyini söyləyib.

“Daha iki girov, siyasi məhbus azadlıq əldə edib”, – vəkil Nikolai Polozov Facebook-da yazıb.

Sentyabrda Chiygoz qanunsuz nümayiş təşkil etməkdə təqsirli bilinərək 8 il, Umerov isə separatçılıq ittihamıyla 2 illik həbs cəzasına məhkum edilib. İnsan haqları qrupları bu hökmləri pisləmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG