Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 10:31

Kreditə zaminliyə görə həbs olunan qadın buraxıldı


Tanışı «Atabank»dan kredit götürərkən ona zamin durduğuna görə həbs olunan Lalə Bünyadova azadlığa buraxılıb. Oktyabrın 25-də Bakı Apellyasiya Məhkəməsində Mirzəli Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası qərar çıxarıb.

Lalə Bünyadovanın hüquqlarını hüquqşünas Əkrəm Həsənov müdafiə edib. Apellyasiya şikayətində göstərilib ki, qaytarılmayan kreditə görə zamin duran şəxsin həbs olunması qanunsuzdur. Sabunçu Rayon Məhkəməsinin həbs qərarının əsassız olduğu bildirilib, onun ləğv edilməsi, L.Bünyadovanın həbsdən buraxılması istənilib.

Qısa müşavirədən sonra məhkəmə sözügedən qərarın ləğv olunduğunu açıqlayıb. İş yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılıb. Bünyadova məhkəmə zalından azadlığa buraxılıb.

«Bu, ölkə tarixində borca görə həbsin ilk ləğvi oldu. Barbar deyil, sivil cəmiyyət olduğumuzu sübut etmək üzrəyik», – Ə.Həsənov belə deyir.

«AtaBank»dan götürülən kreditə zamin duran L.Bünyadovaya 10 sutka inzibati həbs cəzası verilmişdi. O, məhkəmə qərarını icra etməməkdə günahlandırılırdı.

Bünyadovanın zamin durduğu tanışının banka ümumilikdə 8 min 701 manat borcu qalıb. Bank kredit borcu olan şəxsin özünü tapa bilməyib.

L.Bünyadova «Azərbaycan Dəmir Yolları» QSC-nin əməkdaşıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG