Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:46

Almaniya prezidenti Gorbachev-lə də görüşəcək


Frank-Walter Steinmeier Moskvada, 25 oktyabr, 2017-ci il

-

Almaniya prezidenti Frank-Walter Steinmeier oktyabrın 25-də Moskvada səfərdədir. O, Rusiya prezidenti Vladimir Putin, keçmiş sovet lideri Mikhail Gorbachev, eləcə də insan haqları fəallarıyla görüşəcək.

Yeddi ildən sonra ilk dəfədir ki, Almaniya dövlət başçısı Rusiyaya səfərə gedir. Bu səfər həm də soyuq müharibədən bəri Qərblə Moskvanın münasibətlərinin ən aşağı həddə düşdüyü bir dönəmə təsadüf edir. Rusiya Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra Qərb ona sanksiyalar qoyub.

2014-cü ilin aprelindən bəri Ukraynanın şərqində rusiyapərəst separatçılarla hökumət qüvvələrinin münaqişəsində 10 mindən çox ölən olub.

Rusiyanın “Kommersant” qəzetinə müsahibəsində Steinmeier ümidvar olduğunu bildirib ki, Puin-lə görüş “bizə ölkələrimiz arasında inamın bərpasına perspektiv olub-olmadığını anlamağa” kömək edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG