Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 09:57

-

Çinin Kommunist Partiyası oktyabrın 25-də prezident Xi Jinping-lə birlikdə ölkəni idarə edəcək qurumun tərkibini açıqlayıb. Jinping artıq ikinci beşilliyə idarəçiliyə başlayır.

Xi-dən başqa Siyasi Büro Daimi Komitəsindəki yeddi nəfərdən yalnız baş nazir Li Keqiang yerini qoruya bilib.

Komitə üzvləri içində Xi-nin varisi yoxdur. Bu, ənənənin pozulmasıdır və prezidentin 2022-ci ildən sonra da vəzifədən getməyəcəyinin əlaməti sayıla bilər.

Beləliklə də, beş ildən bir keçirilən Kommunist Partiyasının Milli Konqresi işini başa vurub.

Oktyabrın 24-də qurultay Xi-nin adını və ölkənin dünyadakı rolunu gücləndirməklə bağlı planını partiya konstitusiyasına salıb. İndiyədək sənəddə keçmiş liderlər Mao Zedong və Deng Xiaoping-in adları vardı.

Xi 2012-ci ildə Kommunist Partiyasının rəhbərliyinə gələndən hakimiyyətini gücləndirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG