Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:05

Səfir: 'Avropa Birliyi danışıqların davamını istəyir'


Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasın müdafiə naziri Zakir Həsənovla görüşü.

“Avropa Birliyi regionda sabitliyin təmin olunmasından ötrü Dağlıq Qarabağ münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin və bu istiqamətdə danışıqların davam etdirilməsinin tərəfdarıdır”.

Bu gün, oktyabrın 23-ü Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunan rəhbəri Kestutis Yankauskas müdafiə naziri Zakir Həsənov ilə görüşündə belə deyib.

Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Buna da bax: Müstəqillik Aktının qəbulu anbaan burada [Infoqrafika]

Məlumatda bildirilir ki, Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumu əsas müzakirə mövzularından olub.

Z.Həsənov deyib ki, Ermənistan Azərbaycanın bir sıra ərazilərini 20 ildən artıq müddətdə işğalı altında saxlayır. Nəticədə bir milyondan çox insan didərgin düşüb. O, səfirə deyib ki, qarşı tərəf cəbhədə vəziyyəti gərginləşdirməyə cəhdlər edir.

Nazir vurğulayıb ki, münaqişənin həlli yolu onun beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllindən, işğalçı qoşunların Azərbaycan ərazilərdən çıxarılmasından ibarətdir.

Buna da bax:​ AŞPA-da Azərbaycanla bağlı iki qətnamə qəbul olundu

Görüşdə regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlərin də müzakirə edildiyi bildirilir.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Elə bu ayın 16-da Azərbaycan və Ermənistan dövlət başçıları ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə Cenevrədə görüşüb Qarabağ münaqişəsi ilə bağlı müzakirə aparıblar.

Görüşdən sonra yayılan birgə bəyanatda vurğulanırdı ki, prezidentlər danışıqlar prosesini intensivləşdirməkdən ötrü tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq məqsədi ilə əlavə addımlar atmağa razılaşıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG